EvCəmiyyətSabah Azərbaycanda hava şəraiti: Bakıda yağış, rayonlarda leysan

Sabah Azərbaycanda hava şəraiti: Bakıda yağış, rayonlarda leysan

Milli Hidrometeorologiya Xidməti avqustun 15-i üçün hava proqnozunu açıqlayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz və dəyişkən buludlu olacaq, lakin səhər və axşam bəzi yerlərdə yağış və şimşək çaxma ehtimalı var. Şimal-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə temperatur 22-25, gündüz 28-31 dərəcə isti, nisbi rütubət gecə 70-75%, gündüz 40-45% təşkil edəcək.

Rayonlarda isə bəzi yerlərdə fasilələrlə yağış, şimşək çaxması gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış və dolu ehtimalı var. Dağlıq ərazilərdə gecə və səhər duman müşahidə olunacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər