Yazıçı və prodüser Vüqar Tapdıqlı dünyasını dəyişib. Daylinews-az.com xəbər verir ki, bu barədə məlumat onun yaxınları tərəfindən açıqlanıb. Bildirilib ki, Tapdıqlı bu gün 63 yaşında vəfat edib. Qeyd edək ki, Vüqar Tapdıqlı 1962-ci ildə Gədəbəydə anadan olub.
O, 1985–2009-cu illər ərzində Azərbaycan televiziyasında fəaliyyət göstərib, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinə rəhbərlik edib və həmçinin Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub.





