UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün pley-off mərhələsi bu gün rəsmi olaraq start götürür.
Daylinews-az.com-un məlumatına görə, pley-off mərhələsinin ilk oyun günündə üç qarşılaşma keçiriləcək:
- “Ferentsvaroş” – “Qarabağ”: Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq.
- “Srvena Zvezda” – “Pafos”: Serbiyanın “Srvena Zvezda” klubu öz meydanında Kiprin “Pafos” komandası ilə üz-üzə gələcək.
- “Reyncers” – “Brügge”: Şotlandiyanın “Reyncers” klubu Belçikanın “Brügge” komandasına qarşı oynayacaq.
Bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cavab oyunları
Qeyd edək ki, pley-off mərhələsinin cavab matçları 27 avqust 2025-ci il tarixində keçiriləcək. Bu oyunlarda qalib gələn komandalar Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
“Qarabağ” üçüncü təsnifat mərhələsində “Şkendiya”nı 6:1 (ümumi hesab) məğlub edərək pley-offa yüksəlib. Macarıstanda keçiriləcək bu matç Azərbaycan təmsilçisi üçün qrup mərhələsinə gedən yolda mühüm sınaq olacaq.





