Aktrisa, model və müğənni Naike Rivelli – məşhur aktrisa Ornella Mutinin (əsl soyadı da Rivelli) qızı – Rusiya vətəndaşlığına müraciət etmək fikrindədir. Bu barədə o, TASS-a açıqlama verib.
Rivellinin sözlərinə görə, son beynəlxalq hadisələrdən sonra indiki Aİ və İtaliyanın onun maraqlarını təmsil etmədiyini düşünür:
“Ciorcia Meloni və Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla növbəti görüşündən sonra artıq onların məni təmsil etdiyinə inanmıram. Onlar məni qorxudur. Mən İtalianı sevirəm, amma baş verənləri görərək vətəndaşlığımı dəyişmək və Rusiya vətəndaşlığına müraciət etmək istəyirəm.”
Naike əlavə edib ki, o, “yarı rus” köklərə malikdir. Onun anası Ornella Mutinin nənə və babası Sankt-Peterburqdandır. Daha sonra onlar Estoniyaya köçüblər və orada Muti dünyaya gəlib.
Naike anası ilə çox yaxın olduğunu bildirib və deyib ki, Ornella Muti də Rusiya vətəndaşlığı barədə düşünür. Məşhur aktrisa dəfələrlə Rusiyaya səfər edib və bu ölkəyə sevgisini ifadə edib. O, qızı ilə birlikdə hazırda böyük bir konsert layihəsi üzərində işləyir. Bir neçə ay əvvəl Naike Toto Kutunyonun Italiano vero mahnısını anasının səsi ilə birlikdə ifa edib, kompozisiyaya isə simvolik “Kalinka” aranjimanı əlavə olunub.





