Bu gün Azərbaycan millisi futbol üzrə 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsində Bakıda Ukrayna yığmasını qəbul edəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq və matçı yunanıstanlı FIFA hakimi Vassilis Fotias idarə edəcək.
Azərbaycan yığması əvvəlki oyunda səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzub, Ukrayna isə Fransaya qarşı 0:2 hesabı ilə məğlubiyyət alıb. Milli komandamızda matç öncəsi dəyişiklik baş verib: baş məşqçi Fernandu Santuş istefaya göndərilib və bu oyuna U-21-in baş məşqçisi Ayxan Abbasov rəhbərlik edəcək.
Azərbaycan və Ukrayna milli komandaları tarixdə yalnız bircə dəfə – 2006-cı ildə yoldaşlıq oyununda qarşılaşıb və heç-heçə qeydə alınıb. İndiki qrupda D qrupunun ikinci tur matçıdır və hər iki komanda ilk xallarını qazanmaq üçün meydana çıxacaq.





