Yüngül çəkidə UFC çempionu İliya Topuriya irlandiyalı Konor Makqreqordan ilham alaraq siyasətdə özünü sınamaq ehtimalı barədə suallara cavab verib.
Daylinews-az.com xəbər verir ki, ispaniyalı döyüşçüyə ölkə prezidenti postuna namizəd olma ehtimalı ilə bağlı sual verilib. Topuriya isə suala belə cavab verib: “Mən heç vaxt bu barədə düşünməmişəm… amma insanların buna ehtiyacı olsa, təbii ki, ‘bəli’ deyəcəyəm”.
Qeyd edək ki, Topuriya bu ilin iyununda baş tutan son döyüşündə braziliyalı Şarl Oliveyraya qarşı mübarizə aparıb və ilk raundda nokaut edərək yüngül çəkidə UFC çempionu titulunu qazanıb.





