“Azərbaycan Dəmir Yolları” (ADY) QSC artan sərnişin axınını nəzərə alaraq əlavə qatar reysləri təşkil edəcək. Daylinews-az.com-un məlumatına görə, sentyabrın 20-də Bakı–Ağstafa, sentyabrın 21-də isə Ağstafa–Bakı istiqamətində əlavə səfərlər həyata keçiriləcək.
Bununla yanaşı, sərnişinlər gündəlik olaraq Bakı–Qazax–Bakı qatarları ilə mövcud qrafik əsasında hər iki istiqamətə səyahət edə bilərlər.
Hərəkət cədvəli və bilet satışı barədə məlumatı sərnişinlər www.ady.az rəsmi internet səhifəsindən, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və gün ərzində işləyən “1822” çağrı mərkəzindən əldə edə bilərlər.





