Azərbaycan Maliyyə Nazirliyi növbəti il üçün valyuta proqnozunu ictimaiyyətə təqdim edib. Rəsmi məlumata görə, 2026-cı ildə ABŞ dollarının məzənnəsi 1,7 manat səviyyəsində qalacaq.
Sabitlik davam edir
Nazirlikdən bildirilib ki, valyuta siyasətində dəyişiklik gözlənilmir və mövcud kurs qorunacaq. Bu yanaşma həm iqtisadi sabitliyin təmin olunmasına, həm də bazarda etimadın möhkəmlənməsinə xidmət edir.
Qeyd edək ki, Azərbaycan manatının məzənnəsi 2018-ci il martın 7-dən etibarən 1,7 AZN/USD səviyyəsində sabit saxlanılır və bu günə qədər dəyişməyib.





