EvDünyaABŞ-da Çinlə əlaqəli gizli biolaboratoriyalar aşkar edilib: Təhlükəli viruslar tapılıb

ABŞ-da Çinlə əlaqəli gizli biolaboratoriyalar aşkar edilib: Təhlükəli viruslar tapılıb

ABŞ-da Çinlə əlaqəli olduğu iddia edilən icazəsiz biolaboratoriyaların aşkar edilməsi təhlükəsizlik ekspertləri arasında ciddi narahatlıq doğurub.

“Daily Mail” nəşrinə istinadən “Daylinews-az.com” xəbər verir ki, Las-Veqasda sakinlər səhhətlərinin kəskin pisləşməsindən şikayət etdikdən sonra polis yaşayış binasında axtarış aparıb. Binanın daxilində odlu silahlar, laboratoriya avadanlıqları və yüzlərlə maye nümunəsi aşkar olunub. Hazırda minə yaxın nümunə analizə göndərilib, obyekti idarə edən şəxs isə həbs edilib. Saxlanılan şəxs ittihamları rədd edir.

Aparılan araşdırmalar nəticəsində bu hadisənin əvvəllər Kaliforniyadakı gizli laboratoriya işi üzrə saxlanılan Çin vətəndaşı ilə mümkün əlaqəsi üzə çıxıb. Kaliforniyadakı həmin obyektdə üzərində təhlükəli xəstəliklərin markalanması olan flakonlar və biomateriallar tapılmışdı.

Ekspertlərin fikrincə, tənzimləmə sistemindəki boşluqlar səbəbindən bu cür obyektlər uzun müddət nəzarətdən kənarda qala bilib. Onlar xəbərdarlıq edirlər ki, texnologiyaların inkişafı fonunda bu laboratoriyaların bioterrorizm də daxil olmaqla cinayət məqsədləri üçün istifadə edilməsi riski mövcuddur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər