EvİdmanEmin Mahmudov zədə səbəbindən "Sumqayıt"la matçı buraxıb

Emin Mahmudov zədə səbəbindən “Sumqayıt”la matçı buraxıb

“Neftçi”nin və Azərbaycan millisinin kapitanı Emin Mahmudov zədə səbəbindən komandasının “Sumqayıt”la qarşılaşmasında iştirak edə bilməyib.

Klubun mətbuat katibi Asaf Zeynallı məsələ ilə bağlı açıqlamasında bildirib ki, təcrübəli yarımmüdafiəçinin yoxluğuna səbəb qasıq nahiyəsində yaranan zədədir:

“Sumqayıt’la oyundan əvvəl Eminin qasıq nahiyəsində ağrılar yarandı. Müalicə üçün o, Serbiyaya yollandı və artıq Bakıya qayıdıb. Məhz bu səbəbdən son matçda iştirak edə bilmədi”.

Klub rəsmisinin sözlərinə görə, futbolçunun bərpa prosesi paytaxtda davam etdiriləcək: “Hazırda müalicə Bakıda aparılacaq. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı reabilitasiya prosesinin gedişatından asılı olacaq”.

Xatırladaq ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər