Aktyor Elşən Orucov öz fobiyasından danışıb.
“Ölkə.az”ın məlumatına görə, “Günə bax” verilişində qonaq olan aktyor, qorxusunu “Fort Boyard” yarışmasında kəşf etdiyini qeyd edib.
O bildirib: “Fort Boyard” yarışmasına gedəndə əvvəlcədən anketdə soruşurlar ki, nədən qorxursunuz? Mən də yazdım ki, heç nədən qorxmuram. Məni elə dəxlisiz oyunlara saldılar ki… Kitab və intellektlə bağlı oyunları mənə verdilər. “Fort Boyard”da kəşf etdim ki, hündürlük qorxum var imiş.”