14 C
Baku
Cümə, Noyabr 8, 2024
EvİdmanAlim Bayel: Qazaxıstan Azərbaycanın COP29-dakı sədrliyini tam dəstəkləyir

Alim Bayel: Qazaxıstan Azərbaycanın COP29-dakı sədrliyini tam dəstəkləyir

Qazaxıstan, Azərbaycanın COP29-dakı sədrliyini tam dəstəkləyir və bu mühüm tədbirdə fəal iştirak edəcək.

“Daylinews-az.com”un verdiyi xəbərə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib. O qeyd edib ki, qarşıdan gələn COP29 sammiti çərçivəsində Qazaxıstan, Azərbaycan və Özbəkistan Mərkəzi Asiyadan “yaşıl” enerjinin Azərbaycan vasitəsilə Avropaya nəqli üzrə yeni bir layihəni planlaşdırır.

Bayel həmçinin vurğulayıb ki, Bakı və Astana arasında telekommunikasiya ilə bağlı layihələr fəal şəkildə reallaşdırılır. Səfir bildirib ki, Orta Dəhlizlə daşınan yüklərin həcmi artır və tezliklə Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsinə başlanacaq. Bu layihə Şərq və Qərb arasında rəqəmsal telekommunikasiya dəhlizinin ən mühüm seqmentidir.

Səfir, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə ümid etdiyini qeyd edib. O, dövlət başçılarının mütəmadi səfərlərinin Bakı ilə Astana arasındakı əlaqələrin inkişafına sübut olduğunu vurğulayıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər