EvSiyasətAlmaniya hökuməti istefa verdi – Şolts və nazirlər vəzifədən ayrıldı

Almaniya hökuməti istefa verdi – Şolts və nazirlər vəzifədən ayrıldı

Almaniya kansleri Olaf Şolts və onun rəhbərlik etdiyi Nazirlər Kabineti bu gün rəsmi şəkildə istefaya gedib. Məlumata görə, prezident Frank-Valter Ştaynmayer bu barədə hökumət üzvlərinə müvafiq bildiriş təqdim edib. Daylinews-Az.com-un yerli mediaya istinadən verdiyi xəbərə əsasən, bu qərar Almaniya Bundestaqının yeni çağırışının ilk iclası ərəfəsində verilib. Xatırladaq ki, bu çağırış fevralda keçirilmiş növbədənkənar seçkilərin nəticəsində formalaşıb.

İstefa proseduru prezidentin hökumət üzvlərinə rəsmi bildiriş təqdim etməsi ilə rəsmiləşdirilib. Bu, Almaniya Konstitusiyasına əsasən, yeni parlamentin fəaliyyətə başlaması ilə hazırkı hökumətin səlahiyyətlərinin başa çatmasını nəzərdə tutur.

Yeni hökumətin qurulması istiqamətində danışıqlar artıq başlayıb. Seçkilərdə qalib gələn Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı (XDU/XSİ) bloku ilə Sosial Demokrat Partiyası (SDP) arasında ilkin koalisiya müzakirələrinin ilk mərhələsi yekunlaşıb. XDU lideri və kanslerliyə əsas namizəd olan Fridrix Mers yeni kabinetin tərkibini 20 aprelə qədər təqdim edəcəyini bəyan edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər