EvTexnologiyalar“Apple” martın əvvəlində yeni məhsullarını təqdim edəcək

“Apple” martın əvvəlində yeni məhsullarını təqdim edəcək

“Apple” şirkəti mart ayının ilk həftəsində bir neçə yeni cihazını ictimaiyyətə təqdim etməyə hazırlaşır. Şirkət jurnalistlər və kontent yaradıcıları üçün 4 mart tarixində Nyu-York, London və Şanxay şəhərlərində eyni vaxtda keçiriləcək “Special Apple Experience” adlı tədbirə dəvətlər göndərib.

Məlumata görə, təqdimatlar 2-4 mart tarixləri arasında mərhələli şəkildə baş tuta bilər. Bu dəfə ənənəvi böyük onlayn təqdimat əvəzinə yeniliklərin “Apple Newsroom” platformasında press-reliz formatında açıqlanacağı ehtimal edilir. Bununla yanaşı, hər bir məhsul üçün qısa təqdimat videolarının hazırlanması da mümkündür.

Rəsmi elanlardan sonra tədbirə dəvət olunan media nümayəndələri cihazları yerində sınaqdan keçirmək imkanı əldə edəcəklər.

Gözlənilən yeniliklər nələrdir?

Sənaye mənbələrinin məlumatına əsasən, təqdimat çərçivəsində bir neçə əsas istiqamətdə yenilənmələr gözlənilir. Bunlar arasında:

  • 12,9 düymlük displey və “iPhone” səviyyəli çiplə təchiz olunmuş, yeni rəng seçimlərinə sahib büdcə seqmentli MacBook;
  • A19 prosessoru və “MagSafe” dəstəyi ilə təqdim oluna biləcək “iPhone 17e” modeli (ABŞ bazarında təxminən 599 dollar başlanğıc qiymətlə);
  • M4 çipinə keçidi gözlənilən “iPad Air” və daha müasir prosessorla yenilənəcək baza iPad versiyası;
  • M5 seriyalı prosessor və daha sürətli SSD yaddaş dəstəyi ilə təqdim oluna biləcək “MacBook Air”, “MacBook Pro” və “Mac Studio” modelləri.

Bundan əlavə, mini-LED arxa işıqlandırmaya və daha yüksək yenilənmə tezliyinə malik yeni “Studio Display” monitorunun da elan ediləcəyi istisna edilmir. Şirkətin fərdiləşdirilmiş “Siri” və “Apple Intelligence” funksiyalarını dəstəkləyən ev üçün “ağıllı” mərkəz üzərində çalışdığı bildirilir.

Eyni zamanda HomeKit dəstəyi olan təhlükəsizlik kamerasının təqdim olunması da mümkün variantlar sırasındadır. Qeyd edək ki, “Apple” 2019-cu ilin martında və 2024-cü ilin oktyabrında da oxşar təqdimat formatından istifadə edib və məhsulları bir neçə gün ərzində ardıcıl şəkildə elan edib. Hələlik yeni “Apple TV” və “HomePod mini” modellərinin təqdim ediləcəyi rəsmi şəkildə təsdiqlənməyib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər