Evİqtisadiyyat“Aqrarkredit” balansındakı qızıl və zinət əşyalarını satışa çıxarır

“Aqrarkredit” balansındakı qızıl və zinət əşyalarını satışa çıxarır

Dövlətə məxsus bank olmayan kredit təşkilatı – “Aqrarkredit” QSC öz balansında olan bəzi aktivləri satışa çıxarmaq qərarına gəlib.

“daylinews-az.com” xəbər verir ki, bu barədə məlumat birbaşa “Aqrarkredit” QSC-dən əldə olunub. Bildirilib ki, satışa çıxarılan aktivlər əsasən qızıl və müxtəlif zinət əşyalarından ibarətdir.

Satış prosesi 5 may 2025-ci il tarixində saat 14:00-da “Aqrarkredit” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında yerləşən baş ofisində təşkil olunacaq.

Alıcılar üçün xüsusi imkan yaradılıb ki, satışdan əvvəl, həmin ünvana yaxınlaşaraq təqdim olunan qızıl və zinət əşyalarının növləri, çeşidləri və hər bir lot üzrə müəyyən edilmiş qiymətlərlə əvvəlcədən tanış ola bilsinlər.

Qeyd edək ki, “Aqrarkredit” QSC 2004-cü ildə fəaliyyətə başlayıb. Şirkətin nizamnamə kapitalı 45,339 milyon manat təşkil edir və bütün səhmləri dövlətə məxsusdur.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər