EvCəmiyyətAvropa Azərbaycan Məktəbi Yel Universitetində keçirilən qlobal akademik turnirdə uğur qazandı

Avropa Azərbaycan Məktəbi Yel Universitetində keçirilən qlobal akademik turnirdə uğur qazandı

ABŞ-ın nüfuzlu Yel Universitetinin ev sahibliyi etdiyi World Scholars Cup – Çempionlar Turnirində bu il dünya üzrə 60-dan artıq ölkənin istedadlı şagirdləri bir araya gəlib. Azərbaycanı bu nüfuzlu beynəlxalq yarışda məhz Avropa Azərbaycan Məktəbinin komandası təmsil edib və uğurla çıxış edərək adını qlobal zirvəyə yazdırıb.

Məktəbin şagirdləri yüzlərlə komanda içərisində fərqlənərək elmi bilik, debat, kollektiv yazı və Scholars Bowl yarışlarında yüksək nəticələr əldə ediblər. Komanda bu uğura görə Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchiniyə minnətdarlıq edib. Qazanılan uğurlar nəticəsində tələbələrə müxtəlif nominasiyalar üzrə qızıl və gümüş medallar təqdim olunub.

Yarış çərçivəsində Avropa Azərbaycan Məktəbi şagirdləri, həmçinin, MIT və Harvard Universitetində də akademik turlarda iştirak ediblər. Onlar bu mötəbər elm ocaqlarının laboratoriyalarında biliklərini artırıb, tədqiqat mərkəzləri və tarixi kampuslarla tanış olaraq gələcək təhsil planları üçün yeni motivasiya əldə ediblər. Dünya səviyyəli universitetlərin elmi və yaradıcı mühiti, şagirdlər üçün ilham mənbəyi rolunu oynayıb.

Yel Universitetində keçirilən beynəlxalq mərhələdə iştirak, məktəbin şagirdləri üçün həm böyük təcrübə, həm də akademik inkişaf baxımından əhəmiyyətli bir addım olub. Komandanın uğurlu çıxışı Avropa Azərbaycan Məktəbinin təhsildə mükəmməlliyə sadiqliyinin növbəti göstəricisidir və azərbaycanlı şagirdlərin qlobal yarışlarda ciddi rəqabət və uğur potensialının bariz nümunəsidir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər