EvDünyaAvropa İttifaqı Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi

Avropa İttifaqı Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı tətbiq etdiyi bütün iqtisadi sanksiyaları aradan qaldırdığını bəyan edib. Bu barədə Daylinews-az.com Avropa İttifaqı Şurasının rəsmi açıqlamasına istinadən xəbər verir.

24 qurum sanksiya siyahısından çıxarıldı

Yeni qərara əsasən, Suriya Mərkəzi Bankı da daxil olmaqla, ümumilikdə 24 təşkilat Aİ-nin “qara siyahısı”ndan çıxarılıb. Bu təşkilatlar arasında ölkənin neft hasilatı, pambıq emalımaliyyə sektoru ilə məşğul olan şirkətlər də var.

Yalnız təhlükəsizliklə bağlı məhdudiyyətlər qüvvədə qalır

Açıqlamada qeyd olunub: “Avropa İttifaqı Şurası Suriyaya qarşı bütün iqtisadi məhdudiyyətlərin ləğv edilməsi barədə hüquqi sənədləri qəbul edib. Yalnız terrorçuluğa qarşı mübarizə kimi təhlükəsizlik səbəblərinə əsaslanan sanksiyalar qüvvədə qalır.”

Bu addım, 20 may tarixində Aİ-nin xarici işlər nazirləri səviyyəsində qəbul etdiyi Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının məqsədəuyğunluğu ilə bağlı siyasi qərarın icrasıdır.

Qeyd edək ki, Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları 2011-ci ildə ölkədə baş verən vətəndaş müharibəsi fonunda tətbiq etmişdi.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər