EvCəmiyyətAYNA: Bakı və Abşeronda bəzi avtobus marşrutlarında gecikmələr ola bilər

AYNA: Bakı və Abşeronda bəzi avtobus marşrutlarında gecikmələr ola bilər

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtda və Abşeron yarımadasında hökm sürən qeyri-sabit hava şəraiti ilə bağlı ictimai nəqliyyatda müəyyən gecikmələrin ola biləcəyi barədə xəbərdarlıq yayıb.

Qurumun məlumatında bildirilir ki, sərnişindaşıma zamanı sürət həddi real yol şəraiti nəzərə alınmaqla müəyyən olunur. Bu səbəbdən də, sərnişin avtobusları arasında intervalların artması ehtimalı var. Vətəndaşlara xahiş olunur ki, müvəqqəti çətinliklərə anlayışla yanaşsınlar və təhlükəsizlik qaydalarına əməl etsinlər.

Səhər saatlarından etibarən bütün marşrutlar üzrə avtobuslar xəttə buraxılıb. Qeyri-sabit hava şəraiti fonunda daşıyıcı şirkətlərə müvafiq tapşırıqlar verilib və AYNA-nın Monitorinq Mərkəzi marşrutların icrasını daim nəzarətdə saxlayır.

Agentlikdən bildirilib ki, sürücülər hava şəraitinin yaratdığı çətinliklər nəzərə alınmaqla, təhlükəsiz və fasiləsiz xidmət göstərmək üçün məlumatlandırılıblar. Qapalı tunellər və hərəkətə qapalı sahələr barədə sürücülərə xəbərdarlıq olunub. Həmçinin, bəzi yolların bağlanması səbəbindən bu istiqamətlərdən keçən avtobusların marşrutlarında dəyişiklik edilib. Detallı məlumat yaxın zamanda ictimaiyyətə çatdırılacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər