15 aprel axşamı UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün 1/4 final mərhələsinin cavab qarşılaşmaları baş tutdu. PSJ və Barselona səfər oyunlarında məğlub olsalar da, ilk oyunlardakı üstünlükləri sayəsində yarımfinala yüksəldilər.
Barselona səfərdə Borussiya Dortmunda 1:3 hesabı ilə uduzdu. Alman təmsilçisinin bütün qollarını Seru Girassi vurdu və hetrik müəllifi oldu. Kataloniya klubu isə ilk oyunda 4:0 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə vəsiqə qazandı.
PSJ də Aston Villaya qarşı dramatik oyun keçirdi. Birinci hissədə Paris klubu 2:0 önə keçsə də, Taylemans, MakGinn və Konsanın qolları ilə İngiltərə təmsilçisi 3:2 hesablı qələbə qazandı. Lakin bu nəticə PSJ-nin ilk oyundakı 3:1 hesablı qələbəsinə təsir etmədi və Fransa təmsilçisi yarımfinala adladı.
16 apreldə daha iki cavab oyunu keçiriləcək. Real Madrid öz meydanında Arsenalı qəbul edəcək. İlk oyunda londonlular 3:0 hesablı qələbə əldə etmişdi və bu qarşılaşma PSJ-nin yarımfinaldakı rəqibini müəyyən edəcək.
İnter isə Milanda Bavariyaya qarşı çıxacaq. İlk qarşılaşmada İtaliya təmsilçisi 2:1 hesablı üstünlük qazanmışdı. Bu duel isə Barselona üçün potensial rəqibi müəyyən edəcək. Yarımfinal oyunları 29/30 aprel və 6/7 may tarixlərində baş tutacaq. Final 31 mayda Münhendə, Allianz Arenada keçiriləcək.
UEFA Çempionlar Liqası 2024/25
1/4 final – Cavab oyunları
🔹 15 aprel
Aston Villa (İngiltərə) – PSJ (Fransa) – 3:2
(Qollar: Taylemans 34′, MakGinn 55′, Konsa 57′ – Hakimi 11′, Nunu Mendeş 27′)
İlk oyun: 1:3
Borussiya Dortmund (Almaniya) – Barselona (İspaniya) – 3:1
(Qollar: Girassi 11′ (pen), 49′, 76′ – Bensəbaini 54′ (avtoqol))
İlk oyun: 0:4
🔹 16 aprel
İnter (İtaliya) – Bavariya (Almaniya)
İlk oyun: 2:1
Real Madrid (İspaniya) – Arsenal (İngiltərə)
İlk oyun: 0:3





