“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə torpaqların elektron kadastr uçotu, yerquruluşu tədqiqatları və digər infrastruktur işləri aktiv şəkildə davam edir.
Əmlak Məsələləri Dövlət Xidmətinin hesabatına görə, ötən il torpaq tədqiqatı üzrə 140,2 min hektar, geobotaniki tədqiqatlar üzrə 95,5 min hektar ərazidə kameral işlər aparılıb, ümumilikdə 233,7 min hektar laboratoriya analizləri yerinə yetirilib.
Ünvanlaşdırma və mülkiyyət özəlləşdirməsi
Azad ərazilərdə 191 küçə üzrə 9 153 giriş ünvanı və 2 943 daxili ünvan müəyyən edilib, hamısı Ünvan Reyestri İnformasiya Sisteminə daxil olunub.
Özəlləşdirmə çərçivəsində 236 kiçik dövlət müəssisəsi və obyekti, 8 açıq səhmdar cəmiyyət, 208 torpaq sahəsi və 1 160 nəqliyyat vasitəsi özəlləşdirilib.
Investisiya müsabiqələri nəticəsində özəlləşdirilmiş müəssisələrə 18,8 milyon manat sərmayə cəlb olunub, dövlət büdcəsinə 12,2 milyon manat daxil olub, 622 yeni iş yeri yaradılıb.
Ümumi özəlləşdirmədən büdcəyə 135,3 milyon manat (2024-cü ildən 24,2% çox) gəlmişdir – illik proqnoz 123% icra edilib.
Hərrac, icarə və torpaq nəzarəti statistikası
Dövlət əmlakının özəlləşdirilməsi üçün 58 hərrac təşkil edilib, 2 446 sifariş qəbul olunub, 149 onlayn qoşulma və 644 elektron sifariş vasitəsilə həyata keçirilib.
İcarə sahəsində 4 957 yeni müqavilə bağlanılıb (621-i qeyri-yaşayış, 4 336-sı torpaq sahəsi), büdcəyə 46,2 milyon manat daxil olub (23% artım), proqnoz icrası 135,9%.
Torpaq monitorinqində 25 964 yoxlama aparılıb, Torpaq Məcəlləsi pozuntuları üzrə 1 266 protokol yazılmış, 585 min manat cərimə tətbiq edilib. Elektron xidmət vasitəsilə 226 hektar torpağın kateqoriyası Nazirlər Kabineti tərəfindən dəyişdirilib.





