Azərbaycan hökuməti ölkənin istehsal etdiyi süfrə yumurtalarının ABŞ-a ixracı üçün zəruri prosedurları başlatdı.
Yeni ixrac bazarı açılır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, bu, iki ölkə arasındakı ticarət münasibətləri tarixində ilk belə hadisə olacaq. Hazırda ixrac prosesinə dair bütün prosedurların icrası istiqamətində müvafiq işlər aparılır.
Beynəlxalq bazarda genişlənmə
Azərbaycanın süfrə yumurtaları artıq Rusiya bazarına çıxarılıb. 2023-cü ilin noyabrında AQTA ilə “Rosselxoznadzor” arasında əldə olunan razılığa əsasən, Azərbaycan istehsalı olan quşçuluq məhsullarının, xüsusilə yumurtaların Rusiya bazarına ixracına başlanılıb.
Bundan əlavə, AQTA-nın Çin Xalq Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə apardığı danışıqlar nəticəsində Azərbaycan toyuq əti məhsullarının Çinə ixracına da icazə alıb.





