EvSiyasətAzərbaycan bəzi ölkələrlə viza rejimini qismən ləğv edir

Azərbaycan bəzi ölkələrlə viza rejimini qismən ləğv edir

Azərbaycan, Səudiyyə Ərəbistanı və İndoneziya viza rejiminin qismən ləğvi ilə bağlı razılığa gəliblər.

Daylinews-az xəbər verir ki, bu barədə qanun layihələri 29 noyabr tarixində Milli Məclisin plenar iclasında müzakirə ediləcək.

İclasın gündəliyinə aşağıdakı qanun layihələri daxil edilib:

  • Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısa müddətli vizalardan azad olunması haqqında Anlaşma Memorandumunun təsdiqlənməsi;
  • Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejim haqqında Sazişin təsdiqlənməsi.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər