11 C
Baku
Çərşənbə, Dekabr 4, 2024
EvİdmanÇempionlar Liqası: "Liverpul" "Real Madrid"i məğlub etdi

Çempionlar Liqası: “Liverpul” “Real Madrid”i məğlub etdi

UEFA Çempionlar Liqasının beşinci turu bu gün yekunlaşıb.

Daylinews-az saytının Apasport-a istinadən verdiyi məlumata görə, turun mərkəzi qarşılaşması İngiltərədə baş tutub. “Liverpul” öz meydanında Madridin “Real” klubunu qəbul edərək 2:0 hesablı qələbə qazanıb. Bu nəticə “Liverpul” üçün turnir cədvəlində irəliləmək baxımından çox əhəmiyyətli olub.

Digər oyunlarda isə “Yuventus” səfərdə “Aston Villa” ilə qarşılaşıb. Hər iki komandanın səylərinə baxmayaraq, oyun qolsuz heç-heçə ilə başa çatıb.

Dortmundun “Borussiya” klubu isə Zaqreb “Dinamo”suna qarşı səfərdə oynayıb və asan qələbə qazanıb.

Nəticələr:

27 noyabr

  • 21:45. “Crvena Zvezda” (Serbiya) – “Ştutqart” (Almaniya) — 5:1
  • 21:45. “Şturm” (Avstriya) – “Jirona” (İspaniya) — 1:0
  • 00:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya) — 2:0
  • 00:00. PSV (Niderland) – “Şaxtyor” (Donetsk, Ukrayna) — 3:2
  • 00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Borussiya” (Dortmund, Almaniya) — 0:3
  • 00:00. “Seltik” (Şotlandiya) – “Bryügge” (Belçika) — 1:1
  • 00:00. “Monako” (Fransa) – “Benfika” (Portuqaliya) — 2:3
  • 00:00. “Aston Villa” (İngiltərə) – “Yuventus” (İtaliya) — 0:0
  • 00:00. “Bolonya” (İtaliya) – “Lill” (Fransa) — 1:2

“Çempionlar Liqası”nın növbəti turunda komandalar üçün həlledici oyunlar gözlənilir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər