7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
EvSiyasətAzərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti...

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb.

BAKU.WS bildirir ki, görüş zamanı Filemon Yanq Azərbaycan və BMT arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və Azərbaycanın BMT Nizamnaməsinə tam bağlılığını vurğulayıb. O, həmçinin, Bakıda keçirilən COP29 tədbirinin uğurla təşkil edildiyini qeyd edərək, belə bir tədbirin 11 ay ərzində hazırlanmasının ciddi bir nailiyyət olduğunu bildirib. Yanq Azərbaycanın “yaşıl enerji” və “yaşıl keçid” konsepsiyalarına xüsusi diqqət yetirməsini də yüksək qiymətləndirib. Eyni zamanda, o, BMT Baş Assambleyasının azərbaycanlı peşəkar gəncləri dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev isə Azərbaycanın COP29-u qısa müddət ərzində yüksək səviyyədə təşkil etdiyini bildirərək, bu addımın ölkənin iqlim dəyişmələri ilə mübarizəyə olan dəstəyini nümayiş etdirdiyini söyləyib. Dövlət başçısı COP29 zamanı Paris Sazişinin 6-cı bəndi və beynəlxalq maliyyə institutlarının yeni hədəfləri ilə bağlı irəlliləyişləri müsbət hal kimi qiymətləndirib.

İlham Əliyev həmçinin Azərbaycanın çoxşaxəli diplomatik əlaqələrə malik olduğunu qeyd edərək ölkəsinin geniş coğrafiyanı əhatə edən strateji tərəfdaşlıqlar qurduğunu bildirib. Prezident, xüsusən, Qlobal Cənub ölkələri ilə birliyin gücləndirilməsinin vacibliyini və dünyada mövcud geosiyasi düzənə dəyişikliklər edilməsinin ədalətin bərqərar olunması baxımından zəruri olduğunu vurğulayıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər