EvSiyasətAzərbaycan Prezidenti: Türkiyə ilə münasibətlərimizin zirvədə olmasından böyük fərəh hissi duyuruq

Azərbaycan Prezidenti: Türkiyə ilə münasibətlərimizin zirvədə olmasından böyük fərəh hissi duyuruq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına təbrik məktubu göndərib.

Daylinews-az xəbər verir ki, məktubda Prezident İlham Əliyev Türkiyənin bütün uğurlarının Azərbaycan üçün də öz uğurları qədər sevindirici olduğunu bildirib:

“Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq.”

Məktubda vurğulanıb ki, Azərbaycan-Türkiyə əlaqələri bölgədə sülh, təhlükəsizlik və inkişafa töhfə verməklə yanaşı, bütün Avrasiya üçün önəmli bir amil rolunu oynayır:

“İnanıram ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə ‘Bir millət iki dövlət’ prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcəkdir.”

Əlaqəli Məqalələr

Populyar Xəbərlər