EvİqtisadiyyatAzərbaycan qazı Avropanın 12 ölkəsinə ixrac ediləcək

Azərbaycan qazı Avropanın 12 ölkəsinə ixrac ediləcək

Azərbaycan öz mövqeyini qlobal iqtisadi arenada möhkəmləndirməkdə davam edir.

Daylinews-az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirə edildiyi parlamentin plenar iclasında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan təkcə iqtisadi cəhətdən güclü dövlət deyil, həm də enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyini qoruyur. “Azərbaycan qazı Avropanın 12 ölkəsinə ixrac ediləcək,” — deyə Mikayıl Cabbarov vurğulayıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər