Bakıda və Abşeron yarımadasında:
1 may tarixində dəyişkən buludlu hava şəraiti müşahidə olunacaq, bəzi saatlarda buludlanma artsa da, əsasən yağıntısız keçəcək. Gün ərzində şimal-qərb küləyi əsəcək və sonradan cənub-şərq küləyi ilə əvəz olunacaq.
- Gecə temperatur: 9-11°C
- Gündüz temperatur: 16-20°C
- Atmosfer təzyiqi: 766 mm civə sütunu
- Nisbi rütubət: gecə 70-80%, gündüz 50-55%
Bölgələrdə hava:
Respublikanın əksər rayonlarında əsasən yağıntısız hava gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə gündüz saatlarında qısamüddətli yağış, şimşək və lokal duman müşahidə oluna bilər. Mülayim şərq küləyi əsəcək.
- Gecə temperatur: 8-11°C,
- Gündüz temperatur: 18-23°C
- Dağlıq ərazilərdə gecə: -1°C-dən +3°C-yə qədər,
- Gündüz: 5-10°C





