EvİdmanUEFA Çempionlar Liqasının Instagram hesabı haker hücumuna məruz qaldı

UEFA Çempionlar Liqasının Instagram hesabı haker hücumuna məruz qaldı

UEFA Çempionlar Liqasının rəsmi Instagram hesabı hakerlər tərəfindən ələ keçirilib. Daylinews-Az xəbər verir ki, hücum zamanı səhifədə saxta kripto valyuta — UEFA Unity Coin ($UUC) barədə paylaşım edilib. Hakerlər bu valyutanın guya Çempionlar Liqasının rəsmi rəqəmsal pulu olduğunu bildiriblər.

Paylaşımda Web3 dövründə azarkeşlərlə qarşılıqlı əlaqəni inqilabi şəkildə dəyişmək məqsədi ilə $UUC-nin istifadəyə verildiyi iddia olunub. Mesajda smart-kontrakt ünvanı da qeyd olunub və istifadəçilər yeni kriptovalyutaya investisiya etməyə çağırılıb.

Fırıldaqçılıq tez ifşa olundu

Reddit istifadəçiləri bu çağırışın klassik aldatma sxemi olduğunu dərhal aşkarlayıblar. Təəssüf ki, bəzi azarkeşlər təşvişə düşərək bu saxta tokeni almağa çalışıblar və nəticədə aldadıldıqlarını sonradan anlayıblar.

Hazırda paylaşım UEFA Çempionlar Liqasının Instagram səhifəsindən silinib, lakin təşkilat hələlik hadisəyə rəsmi münasibət bildirməyib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər