EvŞou-biznesBred Pitt qəzəbləndi: “Ancelina uşaqları öz surətinə çevirir”

Bred Pitt qəzəbləndi: “Ancelina uşaqları öz surətinə çevirir”

Hollivud ulduzu Bred Pitt, keçmiş həyat yoldaşı Ancelina Colinin onların ortaq övladlarını “öz surətinə çevirməyə çalışdığı” səbəbindən kəskin qəzəb içindədir. Daylinews-Az.com “RadarOnline” nəşrinə istinadla xəbər verir ki, bu iddia aktyora yaxın bir mənbə tərəfindən səsləndirilib.

Şaylonun yeni imici Pitti məyus edib

18 yaşlı Şaylo, Pitt və Colinin ortaq bioloji qızıdır. O, bu yaxınlarda anasının bürcü olan “Əkizlər” simvolunu bədəninə döymə kimi etdirib. Mənbənin sözlərinə görə, Şaylo getdikcə Ancelinaya daha çox bənzəməyə başlayıb, əvvəllər sevdiyi qısa saç stillərindən imtina edib və ana obrazını təqlid edir. Hətta bir vaxtlar “Lara Croft” obrazına uyğun geyim tərzi seçib.

Şaylo uşaq vaxtı Bredin ona bağışladığı əşyadan da imtina edib. Bu Pitt üçün çox ağır və dözülməz olub“, – deyə mənbə əlavə edib.

Bred Pitt qəzəbləndi: “Ancelina uşaqları öz surətinə çevirir”

Soyadını dəyişməsi Pitti sarsıtdı

2024-cü ilin avqustunda məlum oldu ki, Şaylo atasının soyadından imtina edib, yalnız “Coli” soyadını istifadə etməyə başlayıb. Pitt isə bunun arxasında Ancelinanın dayandığını düşünür.

Bred inanır ki, Ancelina uşaqları sanki hipnoz vəziyyətində saxlayır və onları öz surətinə çevirir. Özünü gücsüz və çarəsiz hiss edir“, – deyə mənbə vurğulayıb.

Altı övlad və illərlə davam edən mübahisə

Bred Pitt və Ancelina Colinin altı övladı var:

  • Oğlanlar: Maddoks Şivan, Paks Tyen, Noks Leon
  • Qızlar: Zahara Marli, Şaylo Nuvel, Vivyen Marşelin

Onlardan yalnız Şaylo, Noks və Vivyen ulduz cütlüyün bioloji övladlarıdır. Digərləri övladlığa götürülüb və bütün uşaqlar əvvəlcə “Coli-Pitt” soyadını daşıyıblar.

Qeyd edək ki, Coli 2016-cı ilin sentyabrında, cəmi iki illik evlilikdən sonra Pittlə boşanmaq üçün məhkəməyə müraciət edib. Rəsmi boşanma prosesi yalnız 2019-cu ildə başa çatıb. Onlar hələ də ortaq mülkiyyətin bölünməsi və uşaqların qəyyumluğu mövzusunda mübahisə aparırlar.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər