Bu gün Azərbaycan Premyer Liqasının VI turu keçiriləcək iki qarşılaşma ilə başa çatacaq.
Daylinews-Az xəbərinə görə, ilk oyun “Zirə” və “Neftçi” komandaları arasında olacaq. Zirə İdman Kompleksində baş tutacaq bu qarşılaşma saat 18:00-da start götürəcək və görüşü baş hakim Elçin Məsiyev idarə edəcək.
Günün ikinci matçı isə Bank Respublika Arenada keçiriləcək. “Turan Tovuz” səfərdə “Sabah”la qarşılaşacaq. Bu oyunun başlama vaxtı saat 20:30-dur və oyunun baş hakimi Əliyar Ağayev olacaq.
Azərbaycan Premyer Liqası VI tur
15 sentyabr
- 18:00: “Zirə” – “Neftçi”
- Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
- VAR: Nicat İsmayıllı.
- AVAR: Kamran Bayramov.
- Hakim-inspektor: İmanxan Sultani.
- AFFA nümayəndəsi: Seymur Səlimli.
- Zirə İdman Kompleksi.
- 20:30: “Sabah” – “Turan Tovuz”
- Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
- VAR: İnqilab Məmmədov.
- AVAR: Teymur Teymurov.
- Hakim-inspektor: Ömər Paşayev.
- AFFA nümayəndəsi: Emin Cəfərov.
- Bank Respublika Arena.
Xatırladaq ki, bu turun digər oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”i, “Şamaxı” isə “Sumqayıt”ı minimal hesabla məğlub edib. “Qarabağ” isə “Səbail”i 2:1 hesabı ilə üstələyib.





