EvCəmiyyətAzərbaycanda 17 iyun – Tibb işçilərinin peşə bayramı qeyd olunur

Azərbaycanda 17 iyun – Tibb işçilərinin peşə bayramı qeyd olunur

Azərbaycan Respublikasında hər il 17 iyun tarixi tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu əlamətdar gün, ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə təsis edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, peşə bayramı münasibətilə səhiyyə naziri Teymur Musayev, Nazirliyin aparat rəhbərliyi və tabeliyindəki qurumların nümayəndələri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər və önünə gül dəstələri düzüblər.

Bundan əlavə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, səhiyyə təşkilatçısı və ictimai xadim Əziz Əliyev, tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları da ziyarət olunub.

Səhiyyə Nazirliyinin kollektivi həmçinin Şəhidlər xiyabanına baş çəkib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər