EvCəmiyyətAzərbaycanda Bayram Tətili Başladı

Azərbaycanda Bayram Tətili Başladı

Nazirlər Kabineti iş və qeyri-iş günlərinin təqvimdə dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

Daylinews-Az xəbər verir ki, bu qərara əsasən iş və qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədilə, 30 dekabr 2024-cü il və 3 yanvar 2025-ci il iş günləri ilə 28 və 29 dekabr 2024-cü il qeyri-iş günləri yer dəyişdirilib.

31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü, 1 və 2 yanvar – Yeni il bayramı qeyri-iş günləridir. 2025-ci il yanvarın 4-ü və 5-i isə şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, ardıcıl olaraq 7 gün — 30 və 31 dekabr 2024-cü il, 1, 2, 3, 4 və 5 yanvar 2025-ci il qeyri-iş günləri olacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər