EvTexnologiyalarAzərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr

2025-ci ilin oktyabr ayında Azərbaycanda sosial media istifadəçilərinin fəallığında əhəmiyyətli dəyişikliklər aşkar olunub. “İnstagram” platformasında bu dönəmdə istifadəçi aktivliyi əvvəlki ilə nisbətən 15.46 faiz bəndi artaraq 35.77 faizə yüksəlib. Bu barədə “Global Stats” Statistika Mərkəzi məlumat verib.

İlk pilləni zəbt edən “İnstagram”u “Facebook” izləyir. Lakin “Facebook”da istifadəçi fəallığı 4.37 faiz bəndi azalma ilə 28.33 faiz səviyyəsinə düşüb. Bu platformanın populyarlıq göstəricisi aylıq müqayisədə geriləmə müşahidə olunur.

Üçüncü sırada “YouTube” yer alır ki, bu platformada isə istifadəçi faizi 7.16 faiz bəndi artaraq 20.49 faizə çatıb. Digər rəqiblərdən “Pinterest” sosial şəbəkəsi diqqət çəkir. Ötən ayla müqayisədə 0.67 faiz artımla 7.76 faiz bazar payına sahib olan bu şəbəkə dördüncü ən çox istifadə olunan platformadır.

Siyahının beşinci yeri “X” media platformasına məxsusdur. Onun bazar payı isə 5.24 faizdir və aylıq müqayisədə 18.01 faiz bəndi azalıb. Altıncı mövqedə isə 1.44 faiz payla “Linkedin” qərarlaşıb, burada da növbəti ayla müqayisədə azalma (0.84 faiz bəndi) qeydə alınıb.

Digər sosial media platformalarının payı ümumilikdə 1.33 faiz təşkil edir.

Bu rəqəmlərdən görünür ki, Azərbaycanda sosial media istifadəçilərinin diqqəti əsasən görüntü və qısa video paylaşım platformalarına yönəlir, eyni zamanda peşəkar şəbəkələrdə və ənənəvi sosial media platformalarında azalma müşahidə edilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər