Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
Daylinews-Az xəbər verir ki, qanun layihəsi parlamentin Əmək və sosial siyasət komitəsi tərəfindən nəzərdən keçirilib.
Yeni dəyişikliyə əsasən, 1 fevral 2025-ci ildən etibarən minimum əmək pensiyası 280 manatdan 320 manata qaldırılır.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.





