EvİqtisadiyyatAzərbaycanda qida məhsulları üçün 33 yeni standart layihəsi müzakirə edildi​

Azərbaycanda qida məhsulları üçün 33 yeni standart layihəsi müzakirə edildi​

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşəbbüsü ilə Avropa və beynəlxalq standartlar əsasında süfrə zeytunu, zeytun yağı, buğda unu, meyvə-tərəvəz konservləri, şokolad, kərə yağı kimi məhsullara aid 33 dövlət standartı layihəsi iclasda nəzərdən keçirilib.

AZSTAND/TK 33 “Qida məhsullarının keyfiyyətinin və texnologiyası” Texniki Komitəsinin iclasında Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azad İstehlakçılar Birliyi və digər qurumların nümayəndələri iştirak edib. Müzakirələrdə dövri yoxlanılması layihələri, 4 yeni standartın qəbulu, komitənin fəaliyyəti və gələcək vəzifələr dinlənilib, yeni üzvlər qəbul olunub.

Bu standartlar qida təhlükəsizliyini gücləndirərək istehsal proseslərini beynəlxalq səviyyəyə uyğunlaşdıracaq və ixrac potensialını artıracaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər