Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya təbii qaz tədarükü sifarişlərinin həcmi artıb. Elektron platformasına istinadən verdiyi məlumata görə, Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 29-da 379 milyon 989 min 291 kVt/saat həcmində sifariş qeydə alınıb. Bu göstərici əvvəlki bazar ertəsi ilə müqayisədə 0,003% çoxdur.
Kipoi çıxış nöqtəsindən sentyabrın 30-dan oktyabrın 6-dək olan dövr üçün isə 331 milyon 19 min 866 kVt/saat həcmində sifarişlər planlaşdırılıb ki, bu da sentyabrın 23-dək olan sifarişlərlə müqayisədə təxminən 12,88%-lik azalma deməkdir. Sentyabrın 24-dən 28-dək olan sifarişlərlə müqayisədə isə azalma 12,89% təşkil edir.
Digər çıxış nöqtələri üzrə sifarişlər bunlardır:
- Komotini (Yunanıstan) – sentyabrın 29-dan oktyabrın 6-na qədər gündəlik 28 milyon 674 min 418 kVt/saat;
- Nea Mesimvria (Yunanıstan) – eyni dövr üçün gündəlik 30 milyon 346 min 301 kVt/saat;
- Melenduqno (İtaliya) – sentyabrın 29-da 314 milyon 972 min 315 kVt/saat. Bu müddətdə 30-da 271 milyon 999 min 147 kVt/saat sifariş verilib ki, bu da sentyabrın 23-ə qədər olan sifarişlərlə müqayisədə 14,05% azalıb.
Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri 2020-ci ilin oktyabrında tikilərək istifadəyə verilib. Kəmərin ümumi uzunluğu 878 km-dir: 550 km Yunanıstanın şimalından, 215 km Albaniyada, 105 km Adriatik dənizinin altında, 8 km isə İtaliya ərazisində yerləşir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci ilin dekabrından başlayıb.





