15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Daylinews-az.com xəbər verir ki, U-15 millisi ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupuna qarşı mübarizə aparıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Azərbaycanın yeganə qolunu 90+5-ci dəqiqədə penaltidən Əli Bəşirov vurub.
Qeyd edək ki, U-15 millisi növbəti oyununu oktyabrın 1-də Bakı vaxtı ilə saat 16:00-da Rusiya yığması ilə, oktyabrın 4-də isə saat 17:00-da Qazaxıstan seçməsi ilə keçirəcək.