Muhəmmədəli Məmmədzadə Avropa çempionatında 2 gümüş medal qazanmışdır.
daylinews-az.com-in məlumatına görə, İspaniyanın Madrid şəhərində U-15 və yeniyetmələr üçün Avropa çempionatı təşkil olunur. Yarışın son günündə idmançılarımızdan Muhəmmədəli Məmmədzadə U-15 yaş kateqoriyasında mübarizə aparıb.
88 kq çəki kateqoriyasında çıxış edən nümayəndəmiz birdənqaldırma növündə 122 kq nəticə əldə edərək gümüş medala yiyələnib. Muhəmmədəli təkanlaqaldırma növündə 147 kq çəkini başı üzərinə qaldırıb. Bu yolla iki növün cəmində 269 kq göstərici ilə atletimiz Avropa çempionatının gümüş medalına sahib olub.
Bu çəki sinfində mübarizə aparan digər nümayəndəmiz Ayxan Məmmədov isə ümumi hesabda 218 kq (102+116) nəticə ilə çempionatı 6-cı pillədə yekunlaşdırıb.





