Keçən mövsümün ikinci hissəsini “Mingəçevir”də keçirən nigeriyalı forvard Abba Usmanın növbəti mövsümə harada start verəcəyi aydınlaşıb.
daylinews-az.com-ın əldə etdiyi bilgiyə görə, pleymeyker mövqeyində də oynaya bilən 21 yaşlı afrikalı “şəhərlilər”in heyətində qalacaq.
Abba ilə 1 mövsümlük müqavilə bağlanıb.
Xatırladaq ki, “Mingəçevir” son mövsümdə I Liqadakı yarışını 4-cü pillədə yekunlaşdırıb. Həmin klub mövsüm bitəndən sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerinə Ramiz Məmmədov təyin olunub.





