EvCəmiyyət“Azərpoçt” bayram günlərində xüsusi iş rejimində xidmət göstərəcək

“Azərpoçt” bayram günlərində xüsusi iş rejimində xidmət göstərəcək

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-da qeyri-iş günləri elan edildiyindən “Azərpoçt” MMC bu tarixlərdə vətəndaşlara poçt, maliyyə, karqo və digər xidmətləri daha rahat və effektiv təqdim etmək məqsədilə xüsusi iş rejimində fəaliyyət göstərəcək. Bu barədə agentliyinə şirkətdən məlumat verilib.

Bayram günlərində çalışacaq əsas poçt şöbələri və PUDO (təhvil-təslim) məntəqələrinin iş qrafiki belədir:

  • Bakı şəhərində, AZ1000 indeksli poçt şöbəsi: 09:00-18:00
  • Bakı şəhərində, AZ1040, AZ1063 indeksli şöbələr: 10:00-17:00
  • Bakı şəhərində, AZ1002, AZ1044, AZ1124, AZ1138, AZ1144 indeksli şöbələr: 09:00-17:00
  • Sumqayıt şəhəri AZ5000 və Xırdalan şəhəri AZ0100 indeksli Müştəri Xidmətləri Şöbəsi: 09:00-17:00
  • Regionlardakı Müştəri Xidməti Şöbələri: 10:00-17:00
  • AZ1039 və AZ1133 indeksli poçt şöbələrindəki PUDO məntəqələri: 09:00-17:00
  • AZ1017, AZ1047, AZ1104, AZ1123 indeksli poçt şöbələrindəki PUDO məntəqələri: 09:00-21:00

Əlavə olaraq, istehsalat zərurəti ilə 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejimində fəaliyyət göstərəcək.

Qeyd olunub ki, noyabrın 11-də isə bütün poçt şöbələri normal iş rejimində fəaliyyətini bərpa edəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər