Sərnişin tələbatının artması səbəbindən “Azərbaycan Dəmir Yolları” QSC növbəti üç gündə — 14, 15 və 16 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.
Qatarlar Bakını səhər saat 08:30-da tərk edib, Ağstafaya doğru hərəkət edəcək, Ağstafadan isə geri dönüş saat 17:20-də olacaq.
Sərnişinlər həmçinin gündəlik Bakı-Qazax-Bakı marşrutları ilə də səyahətlərini təşkil edə bilərlər. Biletlər dəmiryol kassalarından, “Azərbaycan Dəmir Yolları”nın rəsmi saytından və “ADY Mobile” mobil tətbiqindən əldə edilə bilər.





