EvHadisəBakıda avtoyuma məntəqəsində faciəvi hadisə baş verib – bir nəfər həyatını itirib

Bakıda avtoyuma məntəqəsində faciəvi hadisə baş verib – bir nəfər həyatını itirib

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində faciə ilə nəticələnən hadisə baş verib.

Daylinews-az.com-un əldə etdiyi məlumata əsasən, insident Abay Kunanbayev küçəsində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb. Burada çalışan Emin Əliyev, avtomobili yuduğu zaman elektrik cərəyanına düşərək həyatını itirib.

Mərhumun tam adı Emin Ramin oğlu Əliyev kimi qeyd olunur. Hadisə yerində ilkin araşdırmalar aparılıb və hadisənin səbəbləri ilə bağlı daha ətraflı məlumatın əldə olunması üçün Binəqədi Rayon Prokurorluğu tərəfindən istintaq başladılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər