Özbəkistan millisinin futbolçuları və məşqçilər heyəti Asiya zonası üzrə DÇ-2026-nın seçmə mərhələsində Qətər üzərində əldə edilən qələbədən sonra avtomobillə mükafatlandırılıb.
Daylinews-az.com xəbər verir ki, bu barədə Rusiyanın “Çempionat” nəşri məlumat yayıb.
10-cu turun oyununda Özbəkistan millisi Qətər yığmasını 3:0 hesabı ilə darmadağın edərək turniri qələbə ilə başa vurub. Maraqlıdır ki, əvvəlki turda komandamız tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.
Qələbədən dərhal sonra hər bir futbolçu və məşqçi üçün xüsusi hədiyyə – avtomobil – stadionun yanına gətirilib və təntənəli şəkildə təqdim olunub.
Hazırda Özbəkistan A qrupunun lideridir – 10 oyundan sonra 21 xal toplayıb. İran isə 9 oyunda 20 xalla ikinci pillədə qərarlaşıb və son turda Şimali Koreya ilə qarşılaşacaq. Qeyd edək ki, qrupun ilk iki pilləsində qərarlaşan komandalar birbaşa dünya çempionatına vəsiqə qazanırlar.






