7 C
Baku
Bazar ertəsi, Yanvar 20, 2025
EvXəbərBakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib

Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib

Bakının 329 nömrəli orta məktəbində bu gün 12:10 radələrində dərs fasiləsi zamanı X sinif şagirdi digər sinif yoldaşını bıçaqla yaralayıb. Şagirdlərin adları açıqlanmır.

Daylinews-az xəbər verir ki, hadisə ilə bağlı məlumat Bakı Şəhər Təhsil İdarəsi tərəfindən paylaşılıb. Yaralı şagirdə dərhal tibbi yardım göstərilib, təcili yardım çağırılıb və valideynlər məlumatlandırılıb.

Hadisə ilə bağlı müvafiq qurumlar araşdırmalara başlayıb, hüquq-mühafizə orqanları da bu məsələni nəzarətə götürüb. Rəsmi açıqlamada ictimaiyyətdən məsələ ilə bağlı həssas davranmaları və yalnız rəsmi qurumların bəyanatlarına istinad etmələri xahiş edilib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər