EvCəmiyyətBakıda sürücülərin diqqətinə: bir yolda hərəkət məhdudlaşdırılır

Bakıda sürücülərin diqqətinə: bir yolda hərəkət məhdudlaşdırılır

Bakıda akademik Həsən Əliyev küçəsi ilə “Koroğlu” metro stansiyasını birləşdirəcək yeni avtomagistral layihəsi çərçivəsində inşaat işləri davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, hazırda işlər Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısında) aparılır.

Bu səbəbdən sözügedən ərazidə qısamüddətli hərəkət məhdudiyyətləri tətbiq ediləcək. Sürücülərə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər