Evİdman"Qarabağ"ın ən bahalı futbolçuları bəlli oldu

“Qarabağ”ın ən bahalı futbolçuları bəlli oldu

Ağdam təmsilçisinin yeni transferi, Macarıstanın “Ferensvaroş” klubundan keçən Kadi Borjes, komandanın ən dəyərli oyunçusu olub.

4 fevralda “Qarabağ”la 4 illik müqavilə imzalayan yarımmüdafiəçinin bazar dəyəri 2,5 milyon avro təşkil edir. Onun keçidi müqabilində “Ferensvaroş”a digər braziliyalı futbolçu Julio Romao göndərilib. Romao hazırda 800 min avro dəyərində qiymətləndirilir.

Komandanın ən bahalı ikinci futbolçusu 2 milyon avro ilə Kabо-Verde millisinin üzvü Leandro Andrade olub. İlk üçlüyü isə hər biri 1,8 milyon avro dəyərində olan Nariman Axundzadə və Aleksey Kaşuk tamamlayır.

Komandanın ən ucuz futbolçusu isə klubun əfsanəsi sayılan Rişard Almeyda olub. Onun dəyəri cəmi 100 min avro təşkil edir.

Ağdam klubunun hazırkı heyətinin ümumi bazar dəyəri 22 milyon 350 min avrodur.

“Qarabağ”ın futbolçularının bazar dəyərləri

  1. Kadi Borjes – 2.5 milyon avro
  2. Leandro Andrade – 2 milyon avro
  3. Aleksey Kaşuk – 1.8 milyon avro
  4. Nariman Axundzadə – 1.8 milyon avro
  5. Mateuş Koxalski – 1.5 milyon avro
  6. Yassin Benzia – 1.2 milyon avro
  7. Toral Bayramov – 1.2 milyon avro
  8. Emmanuel Adday – 1.2 milyon avro
  9. Aleksey İsayev – 900 min avro
  10. Elvin Cəfərquliyev – 900 min avro
  11. Şahruddin Məhəmmədəliyev – 800 min avro
  12. Fabian Buntic – 700 min avro
  13. Mateus Silva – 700 min avro
  14. Marko Yankoviç – 600 min avro
  15. Bəhlul Mustafazadə – 600 min avro
  16. Musa Qurbanlı – 600 min avro
  17. Abbas Hüseynov – 550 min avro
  18. Abdullah Zubir – 500 min avro
  19. Kevin Medina – 500 min avro
  20. Redon Cica – 500 min avro
  21. Patrik Andrade – 450 min avro
  22. Marko Veşoviç – 200 min avro
  23. Bədavi Hüseynov – 200 min avro
  24. Amin Ramazanov – 200 min avro
  25. Sadiq Məmmədzadə – 150 min avro
  26. Rişard Almeyda – 100 min avro

“Qarabağ” tarixinin ən bahalı transferləri

Klub tarixində edilən ən bahalı transfer Rişard Almeydanın 2012-ci ildə Braziliyanın “Santu Andre” klubundan 1.28 milyon avroya alınması olub.

Ağdam təmsilçisinin ən yüksək məbləğə satdığı futbolçu isə Olavio Juninyo olub. O, keçən ay Braziliyanın “Flamenqo” klubuna 5 milyon avroya transfer edilib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər