EvCəmiyyətBakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verildi

Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verildi

Paytaxt Bakıda fəaliyyət göstərən üç ümumtəhsil müəssisəsinin direktoru vəzifəsindən azad edilib.

Daylinews-az.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb. Bildirilib ki, qərar idarəetmə, tədris prosesinin təşkili, təhlükəsizlik qaydalarına və intizam normalarına riayət olunması sahələrində aparılmış monitorinqin nəticələri əsasında qəbul olunub.

Vəzifəsindən azad edilən direktorlar:

  • Arzu Miriyev – 65 nömrəli tam orta məktəbin direktoru
  • Xatirə Hacıyeva – 298 nömrəli tam orta məktəbin direktoru
  • Mehriban Ələkbərova – 158 nömrəli tam orta məktəbin direktoru

BŞTİ əlavə edib ki, qeyd olunan məktəblərin fəaliyyəti hazırda tam nəzarətdədir və tədris prosesində hər hansı bir fasilə və ya problem yoxdur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər