EvTurizmBakıdan Bratislavaya ilk birbaşa reyslər başlayır

Bakıdan Bratislavaya ilk birbaşa reyslər başlayır

AZCON Holding-ə daxil olan “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi ilə Macarıstanın aşağıbüdcəli daşıyıcısı “Wizz Air” arasında Azərbaycan ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında hava əlaqələrinin genişləndirilməsi məqsədilə işçi görüş keçirilib. Görüşdə Bakı–Bratislava (Slovakiya) istiqamətində birbaşa reyslərin açılması, eləcə də Buxarest (Rumıniya) və Varşava (Polşa) şəhərlərinin marşrut şəbəkəsinə əlavə olunması müzakirə edilib.

Tərəflər həmçinin “Wizz Air” reyslərinin Azərbaycanın regional hava limanlarından icrası və burada bazalanma modellərinin tətbiqi imkanlarını dəyərləndiriblər. Bu yanaşmanın regionlarda turizm axınını artıracağı, biznes səfərlərini asanlaşdıracağı və Azərbaycanın Avropa ilə hava rabitəsini daha da möhkəmləndirəcəyi vurğulanıb.

Bratislava, Buxarest və Varşavaya reyslərin planı

Yaxın zamanda Bakıdan Bratislava, Buxarest və Varşavaya müntəzəm uçuşların mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur. Yeni reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun regional hab kimi rolunu gücləndirməklə yanaşı, “Wizz Air”in Bratislava bazasını sürətlə genişləndirdiyi dövrə təsadüf edir və şirkətin Mərkəzi Avropadan Cənubi Qafqaza sərfəli bağlantılar yaratmaq strategiyasına uyğun gəlir.

“Azərbaycan Hava Yolları” və “Wizz Air” nümayəndələri bildiriblər ki, tərəflər artıq real irəliləyiş əldə edib və sərnişinlər üçün daha əlçatan, rəqabətqabiliyyətli marşrut şəbəkəsi formalaşdırmaq məqsədilə növbəti mərhələləri fəal müzakirə etməkdə davam edirlər. Bu addım Azərbaycanın mülki aviasiya sektorunun həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsinə xidmət edəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər