EvCəmiyyətMəktəblərdə istilik mövsümü üçün görülən hazırlıq işləri açıqlanıb

Məktəblərdə istilik mövsümü üçün görülən hazırlıq işləri açıqlanıb

2025–2026-cı tədris ili üçün istilik mövsümünə hazırlıq çərçivəsində Bakı və bölgələr üzrə ümumilikdə 1 873 təhsil müəssisəsində – 1 500 ümumi təhsil, 373 məktəbəqədər müəssisədə texniki baxış və profilaktik işlər həyata keçirilib.

Məlumata görə, son iki il ərzində ölkə üzrə əlavə 300-dən çox təhsil ocağına qaz xətti çəkilib və bu da mərkəzləşdirilmiş istilik sistemlərindən istifadə edən məktəb və bağçaların sayını artırıb.

Agentlik bildirir ki, mərkəzi istilik şəbəkəsinə qoşulma imkanı olmayan ərazilərdə alternativ yanacaq təminatı gücləndirilib: 536 ümumi təhsil, 334 məktəbəqədər müəssisə üçün ehtiyat odun, 408 ümumi, 197 məktəbəqədər müəssisə üçün isə pellet yanacağı tədarük olunub.​

Çağrı mərkəzləri və işçi qruplar

Açıqlamaya əsasən, ölkə üzrə ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək problemlərin operativ araşdırılması və aradan qaldırılması üçün regional təhsil idarələrinin müvafiq Çağrı Mərkəzləri vasitəsilə vətəndaş müraciətləri qəbul edilir.

Regionlarda formalaşdırılmış xüsusi işçi qruplar istilik sistemlərində baş verə biləcək nasazlıqların, eləcə də fövqəladə halların qarşısının alınması və yaranan vəziyyətlərin qısa müddətdə həlli üçün təlimatlandırılıb.

Qurumdan o da qeyd olunur ki, istilik sistemlərində mövcud və ya mövsüm ərzində ortaya çıxa biləcək problemlərin aradan qaldırılması istiqamətində texniki xidmət və monitorinq işləri qış mövsümü boyunca fasiləsiz davam etdiriləcək.​

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər