EvİqtisadiyyatBitcoin qiyməti yeddi ay sonra ilk dəfə 90 min dolların altına enib

Bitcoin qiyməti yeddi ay sonra ilk dəfə 90 min dolların altına enib

Son yeddi ay ərzində ilk dəfə olaraq “Bitcoin”in qiyməti 90 min dollar səviyyəsindən aşağı düşüb. Oktyabrın əvvəllərində 126 min dollarla tarixi maksimuma çatmış kriptovalyuta o vaxtdan etibarən davamlı şəkildə qiymət itirir. Aprel ayında isə “Bitcoin”in dəyəri 74 400 dollara qədər düşmüşdü. Bu dövrdə ABŞ prezidenti Donald Trampın tarif siyasəti ilə bağlı açıqlamaları qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olaraq “Bitcoin”in qiymətinə mənfi təsir göstərmişdi.

Hazırda “CoinMarketCap” platformasında “Bitcoin” təxminən 90 min dollar ətrafında ticarət olunur. Son 24 saat ərzində qiymət 5,29%, son bir həftədə isə 14,81% azalıb. Bu, “Bitcoin”in son yeddi ayda ən aşağı qiymət səviyyələrinə endiyi dövrə təsadüf edir.

Digər əsas kriptovalyutalarda da qiymət endirimləri müşahidə olunur. “Ethereum” 5,63% azalma ilə 3 003 dollara, “Solana” 4,04% azalma ilə 134,65 dollara geriləyib. Həmçinin XRP, BNB və “Dogecoin” kimi valyutalarda 3-5% arasında günlük qiymət açığı qeydə alınıb. Stabillik göstəricisi olan USDT və USDC isə qiymətlərini əksərən sabit saxlayır.

Ekspertlərin fikrincə, “Bitcoin” və digər kriptovalyutalardakı mövcud eniş bazarın risk meylinin azalması, ABŞ-da monetar siyasətdəki qaranlıq məqamlar, institusional investorların mövqelərini qısaldılması və likvidliyin zəifləməsi ilə bağlıdır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər